Qarabağ müharibəsi veteranı Cingiz Abdullayevə etiraz etdi

Qarabağ müharibəsi veteranı Cingiz Abdullayevə etiraz etdi backend

32 il davam edən Vətən müharibəsinin birinci fazasını görməzlikdən gəlmək nə deməkdir?

Bu sualı jurnalist kimi deyil, Qarabağ veteranı olaraq verirəm.

Bu fikri deməyə diliniz necə gəldi – “Birinci Qarabağ müharibəsi olmayıb, belə deməyin, bu yalandır, birinci Qarabağ Müharibəsi ifadəsini işlətməyin: “Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar”.

Yaxşı bəs “Birinci Qarabağ müharibəsi” ifadəsi işlətməyəcəyiksə nə deyək o dövrün adına?

 1988-1994-ci illər müharibəsi (20.000 şəhid) “Rayonlar müharibəsi” idi?

Bəs 2014-ci ilin Avqust (13 şəhid), 2016-cı ilin Aprel döyüşləri (94 şəhid)? Bəs Tovuz (13 şəhid)? Onlar “Dağ-Dərə” döyüşləri olub?

Mən 1993-cü ildə Milli Bankda işimi ataraq Ağdərə istiqamətində döyüşlərə zabit kimi könüllü getmişəm. Və bu müharibədə iştirakımla FƏXR edirəm. Kapitan rütbəsiylə tərxis edilənədək cəbhə bölgəsində xidmət etmişəm və sağlamlığımı qismən itirmişəm.

Və indi kimsə qalxıb o dövrün olmadığını deyir!  Bəs özümün və aralarında şəhidlərin olduğu döyüş yoldaşalrımın itirilmiş həyatı və gəncliyi?

Minlərlə şəhidin, Əlif Hacıyevin, Vəzir Orucun, Fred Asifin, Əlyar Əliyevin, Tofiq Hüseynovun, Mübariz İbrahimovun, Raqub Orucovun, Murad Mirzəyevin, Elnur Əliyevin ….., General Polad Həşimovun ruhuna nə deyək??? Kim onlara desin ki, Vətən Müharibəsi deyilmiş o müqəddəs savaş??

Vətən kimi, müharibənin də o başı, bu başı olmaz!

Şəhidlərə və Qazilərə fərq qoymaq heç olmaz!!!

Bilmirəm, deyə bildimmi???

Fikrimi daha açıq yazmağa çalışacam, daha doğrusu məcbur oldum. Erməni daşnakları tərəfindən 2 əsdən çoxdur ki, ideolji, siyasi, iqtisadi və hərbi hazırlığı aparılan torpaq iddialarının nəticəsi olan Qarabağ müharibəsinin I mərhələsi və yaxud I Qarabağ müharibəsi de-fakto 1988-ci il fevralın 22-sində başlayıb, ilk şəhidlərimiz də Əli Hacıyev və Bəxtiyar Quliyevdir. https://az.wikipedia.org/…/%C6%8Fli_Hac%C4%B1yev_(%C5… Bu mərhələdə xüsusi inkişaf 9 oktyabr 1991-ci ildə Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında qanunun qəbul edilməsiilə Milli Ordunun yaranmasıyla başlayır və 1994-ci il 12 may atəşkəsinə qədər davam edir (20.000 min şəhid). Bəri başdan deyim ki, o dövrün şərtlərinə görə təklənmiş Azərbaycanın və döyüşə-döyüşə qurulan Milli Ordusunun 80 faiz ərazillərimizi qoruyub saxlaya bilməsi də qəhramanlıq tarixidir. 1000-ə yaxın hərbçi, aralarında Fariz Bədəlov və Zəhra Quliyeva kimi uşaqlar olan 100-ə yaxın mülki şəhid şəhid verdiyimiz atəşkəs dövründə müxtəlif döyüşlər 2014-ci ilin Avqust (13 şəhid), 2016-cı ilin Aprel döyüşləri(94 şəhid), Tovuz (13 şəhid) baş verib. https://apa.az/…/Atsks-dovrund-shid-olan-v-yaralanan… Ümumiyyətlə, cəbhə bölgəsinə yaxın yaşayanların Tərtər, Ağdam, Füzuli və digər təmas xəttinə yaxın yaşayış məntəqələrinin 1994-2020-ci illərdə müharibə qanunlarıyla yaşadıqlarını  bilirdinizmi?

Qarabağ müharibəsinin II mərhələsi və yaxud II Qarabağ müharibəsi isə 27 sentyabr 2020-ci ildə başalyıb və 44 gün davam edib. O ki qaldı bu müharibəyə ad verməyimiz – bu ermənilər üçün deyil ki, özümüz, öz tariximiz üçündür. Biz nə ad qoysaq da erməni xisləti və planları dəyişəsi deyil. O döyüşlərin hər biri isə hər biri Vətən üçün aparılmış müharibədir. Demək, de-fakto 1988-dən Ermənistanın qeyri-rəsmi başladığı və bizim üçün haqq savaşı olan Vətən müharibəsinə yalnız 44 günü aid etmək doğru olmaz!!

Birinci Qarabağ müharibəsi demək istəmirsinizsə, Birinci Vətən Müharibəsi deyin!

veteran 1 1024x417 - Qarabağ müharibəsi veteranı Cingiz Abdullayevə etiraz etdi

Mənim döyüşən hərbi hissədən aldığım vəsiqəmdə və Aprel döyüşlərində yaralanan hərbçimizin vəsiqəsində eyni olaraq “Mühaibə Veteranı” yazılıb. 44 günülük savaşda iştirak edən qəhramanlarımızın da vəsiqəsinə elə yazılacaq. Bəyəm, 1993-ci ilin dekabrından 1994-ci ilin yanvarınadək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Füzuli istiqmətində 22 yaşayış məntəqəsinin erməni işğalından azad edilməsi Vətən müharibəsinin parlaq səhifələrindən deyil? https://az.wikipedia.org/…/Horadiz_%C9%99m%C9%99liyyat…

Bəs eləsə bu 32 illik müharibənin de-yure adına nə deyək və niyə cəmi 44 günü “Vətən müharibəsi” hesab eləyək??

Şöhrət Eyvazov, Qarabağ müharibəsi veteranı

Diaspora