Hərbi Hava Qüvvələrimizin Vətən müharibəsindəki əməliyyat planının adı açıqlandı - VİDEO

Hərbi Hava Qüvvələrimizin Vətən müharibəsindəki əməliyyat planının adı açıqlandı -  VİDEO backend

“Düşmənin vahid hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə biz “Qarabağ mücrüsü” adı verdiyimiz bir sıra tədbirlərdən ibarət əməliyyat planı hazırladıq”.

Bu sözləri Azərbaycan müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

Nazir müavini bildirib ki, hərbçilərimiz düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantlardan istifadə ediblər:

“Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya etdik.

Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı.

Ona görə də ikinci tədbir kimi, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanından AN-2 təyyarələrini düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirdik. Lakin bu dəfə də düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəf olduğunu başa düşəcəkdi və adekvat tədbirlər görəcəkdi”. (oxu.az)

Daha ətraflı videoda izləyə bilərsiniz:

Diaspora