"Yaralıların çoxu başından və onurğasından güllə yarası alan əsgərlər idi” - Azərbaycanlı neyrocərrah müharibədən danışır - VİDEO

"Yaralıların çoxu başından və onurğasından güllə yarası alan əsgərlər idi” -  Azərbaycanlı neyrocərrah müharibədən danışır  - VİDEO backend

“Adi bir gün idi, sentyabrın 27-si bazar günü olduğu üçün evdə idim. İşdən zəng etdilər, dedilər ki, harasa getməlisiniz. Amma bilmirdik hara, niyə?”

Bu sözləri azərbaycanlı neyrocərrah Azər Zeynalov deyib.

Cərrah Vətən Müharibəsində ilk günlərdən iştirak edib, 20-dən çox beyin əməliyyatı keçirib. 

“Sentyabrın 27-si əks əməliyyat başlayanda 2-3 saat sonra yaralı əsgərlər xəstəxanaya gətirilirdi. Elə də böyük yaraları yox idi, amma müharibənin 2-ci, 3-cü günü yaralıların sayı çoxaldı. Yaralıların çoxu başından və onurğasından güllə yarası alan əsgərlər idi”, – deyə o bildirib.

Azər Zeynalov müharibə dövründə həyata keçirdiyi ilk əməliyyatdan danışıb: 

“İlk əməliyyatım mənim üçün unudulmaz idi. Hündürboy Qorxmaz adlı əsgər idi, kəşfiyyatçı idi. Sağdır. Hərdən əlaqə saxlayırıq”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Diaspora