Zəngəzurda evlər təcili satışa çıxarıldı: ermənilər köçür

Zəngəzurda evlər təcili satışa çıxarıldı:  ermənilər köçür backend

Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib.

Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir.

“Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zənguzurda bir dənə də erməni ailəsi qalmayacaq”, - deyə o qeyd edib.

Diaspora