Türkiyənin Cümhuriyyət Günü Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə qeyd edilib.
Qazilər.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tviterdəki hesabında məlumat yayıb.
“Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, - Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.