2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev xalqa müraciət edib.
- Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb.
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.
- Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub.
- Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub.
- Ermənistan atəşkəs rejimini pozmaqda davam edib.
- Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub.
- Düşmən kvadrokopteri məhv edilib.
- Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.
- Qubadlı rayonunun işğaldan azad olunan Padar və Xanlıq kəndlərinin videogörüntüsü yayılıb.
- İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb.