Vətən müharibəsinin xronikası: 25 oktyabr

Vətən müharibəsinin xronikası:  25 oktyabr backend

25 oktyabr 2020-ci il. Cəbhədə qızğın döyüşlər davam edirdi. Ölkədə qismən səfərbərlik elan olunmasına baxmayaraq hamı bir nəfər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bölmələrinə üz tutur, döyüşlərə qatılmağa can atırdı.

Mülki insanlar sosial durumundan asılı olmayaraq orduya dəstək kompaniyalarına qoşulurdu. Hər kəs “Hər şey vətən üçün” devizini əlində bayraq tuturdu.

 

Ordumuz isə düşməni qan gölündə boğurdu. Müdafiə Nazirliyinin məlumatına görə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edirdi.

 

Qubadlı rayonu istiqamətinə gətirilən Ermənistan Silahlı Qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkildi.

 

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edildi.

 

25 oktyabr həm də Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun tam şəkildə işğaldan azad olunması ilə yadda qaldı. Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində həmçinin Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndlərinin, işğaldan tam azad edildiyini açıqladı.

 

Düşmənin məğlubiyyətini etiraf etməsinə hələ 15 gün qalırdı. Bu günlər ərzində Ordumuz düşməni öz qanında boğmağa davam edəcəkdi.

Diaspora