Ermənilərin sürüsü Azərbaycan ərazisinə keçdi

Ermənilərin sürüsü Azərbaycan ərazisinə keçdi backend

Qərbi Zəngəzur əyalətinin Azərbaycanla sərhəddə yerləşən Karnidzor kəndinin 107 qoyunu və 5 baş keçisi Azərbaycan ərazisinə keçib.

Axar.az xəbər verir ki, bu iddianı erməni hüquq müdafiəçisi Arman Tatoyan paylaşıb.

Onun iddiasına görə, hadisə 22 oktyabr 2021-ci ildə, günorta saatlarında baş verib.

Erməni xisləti və mahiyyətinə uyğun olaraq, Tatoyan Azərbaycan əsgərlərinin enişi düşərək, “qəbiristanlıq ərazisindən” qoyun sürüsünü “oğurladığı” haqda böhtan da səsləndirib. Guya qoyunlar sərhədi keçməyibmiş.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib.

Bununla bərabər, Tatoyan delimitasiyanın mütləq aparılmalı olduğunu və sərhədlərin bir an tez müəyyənləşməsinin vacibliyini də qeyd edib.

Tatoyanın son cümləsi təsdiqləyir ki, qoyun sürüsü Azərbaycan ərazisinə daxil olub. Digər tərəfdən, “Azərbaycanın iki əsgəri enişi enərək qəbiristanlıqdan qoyunları aparırsa”, Azərbaycan Ordusu ilə üzbəüz mövqe tutan erməni əsgərləri və Rusiya sərhədçiləri hara baxırdı? Xatırladaq ki, Ermənistanın sərhədlərini rus sərhədçiləri qoruyur.

Diaspora