2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Qazilər.az Vətən müharibəsinin xronikasını təqdim edir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.
- Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib.
- Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.
- Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi məhv edilib.
- Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.
- Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.
- Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.
Trend.az