Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük zəfər döyüşündə Azərbaycanda yaşayan müxtəlif dinin nümayəndələrinin bir yumruq kimi birləşmələrindən, bu qəbildən olan şəhid və qazilərin ömür yolundan bəhs edən film çəkilib. Bu barədə saytımıza “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyindən məlumat daxil olub.
“Can Azərbaycan” sənədli filmi “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilib.
Filmin çəkilişləri Bakı şəhərində aparılıb.
Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin rejissoru Roman Yaşar, ssenari müəllifi Rey Kərimoğlu, redaktoru Rəşad Sahildir.
QAZİLER.AZ