PUA ilə məhv edilən erməni polkovnik Aprel döyüşlərinin iştirakçısı olub

PUA ilə məhv edilən erməni polkovnik Aprel döyüşlərinin iştirakçısı olub backend

Ermənistanın tanınmış blogeri, hərbi məsələləri araşdıran Aram Gevorqyan ötən ilin bu günü ordumuz tərəfindən məhv edilmiş yüksək rütbəli zabit haqqında danışıb.   Yerli mediaya açıqlama verən Gevorqyan polkovnik -leytenant Ara Şahbazyanın PUA ilə məhv edildiyini deyib. - Şahbazyan 22 il Ermənistan ordusunda xidmət edib 2011-2018-ci illərdə ailəsi ilə birgə Cəbrayıla köçərək taborun qərargah rəisi və hərbi hissənin əməliyyat bölməsinin rəisi vəzifələrini tutub. O, Aprel döyüşlərində də iştirak etmişdi.

Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb. (Azvision.az)

Diaspora