Vətən müharibəsində şəhid olan İlyas Şahvələdovun xatirəsi anılıb Vətən müharibəsinin Qəhrəman övladlarından biri də Laçın rayonundan məcburi köçkün İlyas Şahvələdovdu. Şəhid hərbiçimizin əmisi də birinci Qarabağ savaşında şəhid olmuşdu və o şəhid əmisinin adını daşıyırdı.
Qaziler.az bildirir ki, bu gün Vətən müharibəsin qəhrəman oğullarından biri olan İlyas Nəriman oğlu Şahvələdovun şəhid olmasının bir ili tamam olur. Şəhidin anım mərasimində ailə üzvləri, şəhid ailələri, müharibə veteranları və qohumları iştirak ediblər. Şəhid İlyas Şahvələdovun Bərdə rayon şəhidlər xiyabanında yerləşən məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb. Anım mərasimində çıxış edənlər bildirilib ki, 1994-cü ildə birinci Qarabağ savaşında şəhid olan Şahvələdov İlyas Nəriman oğlunun adını 1996-ci ildə doğulan qardaşı oğluna qoyulub. Vətən müharibəsin qəhrəmanı Hacıyev İlyas Etibar oğlu orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Ən böyük arzusu hərbiçi olmaq olan İlyas müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda müqavilə əsasında xidmətə başlayır. Aprel döyüşləri zamanı cəbhənin Qazax istiqamətində xüsusi fəallıq göstərən İlyas Şahvələdov xüsusi medal və fəxri fərmanlarla təltif edilir. Əslən Laçın rayonunun Qorçu kəndindən olan İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qeyd edək ki, İlyas Nəriman oğlu Şahvələdov dövlət başçısının sərəncamına əsasən ölümündən sonra Füzulinin azad olmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib.