Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib

Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib backend

Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Əkbərov Xəyal Hüseyn oğlu
2. Məmmədov Azər Arif oğlu
3. Əliyev Kamran Yasir oğlu
4. Duniyev Kamil Əlibala oğlu

Qeyd olunub ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Bildirilib ki, Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 136 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 90-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Diaspora