“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın anım günü keçiriləcək

“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın anım günü keçiriləcək backend

Oktyabrın 7-də “Canavar” ləqəbli, şəhid polkovnik-leytenant Rəşad Quliyevin ildönümü qeyd olunacaq.

Qaziler.az bildirir ki, tədbir II Fəxri Xiyabanda, saat 10:00-da baş tutacaq. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Tədbirdə rəsmi şəxslər, şəhidin döyüşçü dostları iştirak edəcək.

Tədbirdən sonra ailəsi tərəfindən adına ehsan süfrəsi veriləcək. 

loading...
Aydinyol.az