Tarixçi alimdən dən Qarabağ xanlığı ilə bağlı maraqlı araşdırma

Tarixçi alimdən dən Qarabağ xanlığı ilə bağlı maraqlı araşdırma backend

Bayraqlar, ələmlər, sancaqlar bunlar tarixən bütün xalqlarda olub. Bayraqlar ilk illərdə bütün xalqlarda yalnız siqnallaşma üçün istifadə edilmişdir.

Ölkələrin özlərinə bayraq təyin etməsi isə, orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün ortaya çıxmışdır. Bu gün Bayraq deyiləndə mənsub olduğu dövlətin coğrafi məkanı, təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün,  dünyagörüşünün miqyası haqqında  məlumat nəzərdə tutulur.  Bizim Azərbaycan dövlətinin tarixində çoxsaylı bayraqlar olub. Lakin Sovet dövründə bunların çoxu ya yandırılıb ya da gizli arxivlərdə saxlanılmağa verilib. Bu gün araşdırılmasına ehtiyac olunan məsələlərdən biri də Azərbaycanda xanlıqlar dövrünə aid bayraqlardır. Çox təssüf ki, Qarabağ, Naxçıvan, Şamaxı, Dərbənd,  Quba və digər Azərbaycan xanlıqlarının dövlət bayraqlarının axtarışı lazımi səviyyədə aparılmadığından indiyədək tapılmayıb. Bəzi xanlıqların orjinal bayraqları yox edilib, yerinə isə Rusiya imperiyası tərəfindən təqdim edilən bayraqlar  əsas kimi götürülüb. Bu gün Qarabağ xanlığının bayrağı kimi  respublika ictimaiyyətinə təqdim olunan  bayraq, bir çox mənbələrdə qeyd edildiyi kimi, 1807-ci I  ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanlığına təqdim edilən bayraqdır. Bu bayrağın  Qarabağ  torpaqlarında görünməsi, onun Qarabağ xanlığının tarixi ilə nə dərəcədə bağlı olub-olmaması məsələsinə gəlin nəzər salaq.
 

4 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında  imzalanmış Kürəkçay müqaviləsinə İbrahimxəlil xan imza atdığı üçün bayraq təqdim etmə onun adı ilə bağldır. Müqavilədə Rusiya imperatoru tərəfindən İbrahim Xəlil xana dövlətçilik rəmzi olan bayrağın təqdim edilməsi haqqında məlumat da var: “Əlahəzrət imperator Şuşa və Qarabağ xanı İbrahim xana özünün lütfkarlığını nümayiş etdirərək, ona və onun varislərinə Ümumrusiya imperiyasının gerbinin təsviri olan bayraq hədiyyə edir ki, bu bayraq xanlıq və göstərilən ərazi üzərində onun hakimiyyət rəmzi kimi yanında olmalıdır; əgər müharibəyə getməyə ehtiyac yaranarsa, bu bayraqdan xandan başqa heç kim istifadə edə bilməz”.

Rusiya imperiyası tərəfindən Qarabağ xanlğına təqdim edilən bayrağın təsviri belə idi “Ölçüləri 115 x 100 sm,  zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki  təsvirlər eynidir. Hər iki  tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir  böyük  tac qızılı rəngdədir. Tacların üstü  göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində  qızılı  haşiyəsi olan Avropa  qalxanı  təsvir edilib. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.”
Qarabağ xanlığı ləğv olunduğundan Mehdiqulu xanın vəfatından sonra ona təqdim edilən bayraq varislərinə verilmədi, yenidən Sankt-Peterburqa qaytarıldı və Tsarskoe Selo Saray Cəbbəxanasına təhvil verildi.
Amma bu bayraq Pənah Əli xanın qurub yaratdığı Qarabağ xanlığının bayrağı deyildi. QARABAĞ XANLIĞININ ÖZ BAYRAĞI OLMUŞDUR. Bu barədə biz mənbə kimi Mirzə Adıgözəl  bəy “Qarabağnamə” əsərini götürə bilərik.“mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı” bu söz onu sübut edir ki, Qarabağ xanlığının elan edilməsi zamanı və Rusiya ilə müqavilə imzalanan günə qədər müstəqil bayrağı olub. Özü də Qarabağ xanlığının bayrağı ilə Səfəvilər dövlətinin və Əfşarlar  bayrağı arasında  varislik əlaqəsi olub. 
Qaynaqlara inansaq Pənal Əli xanın Şuşa qalasında iki bayrağı olub. 

1) Birinci bayraq Yaşıl rəngli parça üzərində Günəşin fonunda duran Şirdir. Səfəvi bayrağından fərqli olaraq Qarabağ xanlığının bayrağında şir sağ tərəfə baxır. Dünya  heraldikasında  şir təsvirləri  qoruyucu funksiyasını, dövlətin  hərbi  gücünü də  əks etdirirdiyi üçün Pənah Əli xanın Şir seçməsi anlaşılandır. Bayraqda eyni zamanda Günəş və Şiri əhatə edən düymələr (ağ nöqtələr) olub. Çox güman ki, onlar Qarabağ  xanlığını  təşkil  edən mahalların sayını göstərir. Çox heyf ki, bu bayraq nümunəsi əlimizdə yoxdur. Biz bu təsviri Mirzə Adıgözəl bəyin və digər müəlliflərin əsərlərində qeyd olunan nüanslara görə yaradırıq.

2) Azərbaycanın Qarabağ toxuculuq məntəqələrində geniş yayılan tovuz quşu motivi xalq arasında günəşin simvolu kimi qəbul edilir. Bu yəqin ki, onun rəngarəngliyi ilə bağlıdır. Bu quş təkcə atəşpərəstlər dövründə deyil, həm də İslam dininin yayıldığı zamanlarda zühur etmə və əbədiyyət kimi müqəddəs qüvvələrin simvolu sayılıb. Bir çox hallarda tovuz quşu həm də rəmzi məna kəsb edib. Bundan irəli gələrək qaynaqlar yazır ki, Pənah Əli xanın qoşunu döyüşə gedən zaman üzərində Humay quşu (tovuz quşu, simurq da yazılır bəzən) olan qırımızı və yaşıl bayraqlar qaldırmışlar. 

Əlbəttə bunlar tam təsvir ola bilməz. Burda yanıla da bilərəm. Lakin fakt odur ki, bu gün dünyada nümayiş edilən Qarabağ xanlğına məxsus bayraq QARABAĞın nə mədəniyyəti, nə Qarabağ xanlığının tarixi ilə, nə də Qarabağlıların simovilkası ilə heç bir ƏLAQƏsi yoxdur. Rusiya İmperiyasının İŞĞAL-nın simvolu olan bu BAYRAQ QARABAĞ və AZƏRBAYCAN xalqına aid ola bilməz!! 

Dosent Zaur Əliyev

Diaspora