"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb - VİDEO

"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb - VİDEO backend

“Yuxarı Gövhər Ağa məscidi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşdiyi üçün bu yer son dərəcə simvolik məna daşıyır. Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra da ilk Azan səsi elə bu məsciddən yüksəlib”.

Bu sözlər Türkiyənin “Haber Global” telekanalının Anım Günü ilə bağlı Şuşadan hazırladığı sujetdə bildirilib.

 

Kanalın müxbiri Murat Karataş Şuşanın azad olunmasının strateji əhəmiyyəti barədə məlumat verib, Yuxarı Gövhər Ağa məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunduğunu bildirib.

“2020-ci il dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin torpaqları qəhrəmancasına müdafiə edən şəhidlərə hörmət əlaməti olaraq sentyabrın 27-sini Anım Günü elan edib. Bu gün ölkənin dörd bir yanında qeyd edilir. Şuşada keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır”, - süjetdə bildirilib.

Diaspora