Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
Qaziler.az-ın xəbərinə görə, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.