Tərtər şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə "Vətən bağı" parkı salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, parkın salınmasında tespublikanın müxtəlif bölgələrindən 70-ə yaxın şəhid ailəsi iştirak edib.
Parkda Vətən müharibəsi zamanı şəhid olanlarını hər birinin adına bir meyvə ağacı əkilib. Ağacların hər biri bar kodlaşdırılması nəzərdə tutulub. Kodlarda ağacın növü, hansı şəhidin adına əkilməsi, şəhidin ordu sıralarında xidmət müddəti, iştirak etdiyi döyüş əməliyyatları və şəhid olduğu döyüş barədə məlumat olacaq. Parkda 3 min müxtəlif meyvə ağacı əkilib