Ermənistanın regionda tranzit-nəqliyyat infrastrukturunun açılmasına ehtiyacı var və çoxdandır ki, burada müzakirə etməyə bir şey qalmayıb. Erməni xalqı anlamalıdır ki, Ermənistan ərazisi zonalara, hissələrə bölünmədən, praktikada bu, çətin ki, mümkün olsun.
Bu barədə Axar.az-a açıqlamasında "Avrasiya ideyaları" elmi araşdırmalara dəstək fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.
"Axı bütün bu marşrutlar məhz Ermənistan ərazisindən keçəcək. Yeri gəlmişkən, sonra bu zonaların utilizasiyası daha da asan olacaq. Çünki Ermənistan yox, məhz Azərbaycan müharibədə qalib gəlib. Qalib isə tarixən məlum olduğu kimi, həmişə öz şərtlərini diktə edir. Əgər Ermənistan öz ərazisini bütün dəhlizlər üçün açmasa, müharibənin davam etdirilməsi qaçılmaz olacaq və artıq daha ağır nəticələrə gətirib çıxaracaq.
Ancaq Azərbaycan çox gözləmək fikrində deyil. Bakı bunu mümkün olan bütün vasitələrlə nümayiş etdirir", - deyə rusiyalı ekspert qeyd edib.