Ağdamdakı mina partlayışı ilə bağlı rəsmi məlumat

Ağdamdakı mina partlayışı ilə bağlı  rəsmi məlumat backend

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Qazilər.az bildirir ki, rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".

Diaspora