Rusiya Müdafiə Nazirliyinin sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının Azərbaycan Ordusunun guya atəş açması nəticəsində yaralanması barədə saxta xəbəri etirazla qarşılanıb.
Modern.az xəbər verir ki, məsələyə münasibət bildiribən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinin yalan məlumatına istinad etməsi təəssüf doğrurur:
“Halbuki, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi, həmən Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin başında duranlarla birgə araşdırma zamanı o iki hay yaraqlısını bizim hərbçilərin yaraladığı təsdiqini tapmamışdı.
Hətta tutaq ki, elədir, bizimkilər onları yaralaylb. Soruşmaq ayıb olmasın, Ermənistan ordusunun tör-töküntüləri və digər qanunsuz silahlı dəstələr Qarabağda nə gəzirlər? Rusiyanın oradakı hərbi kontingenti üçtərəfli bəyanatda üzərinə götürdütü öhdəliyə əsasən onları oradan çoxdan çıxarmalıydı. Niyə çıxarmayıb?”.
Sahib Alıyev deyib ki, beynəlxalq normalara və Azərbaycan qanunlarına görə, bizim öz torpağımızda qanunsuz silahlı dəstələri zərərsizləşdirmək haqqımız var və kimin onlara hansı gözdə baxmalarından, proksi kimi yanaşıb-yanaşmamalarından asılı olmayaraq zərərsizləşdiriləcəklər də:
“Bəzi çevrələin bunu anlamaları üçün bizim qardaş Türkiyə və Pakistanın xüsusi təyinatlılarıyla birgə keçirdiyimiz hərbi təlimləri izləmələri yetər”.