Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyətinin Ağdama səfəri başlayıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyətini Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Heyət daha sonra Tərtər rayonunda olacaq. Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdam və Tərtərdə ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.
Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa şəhərində olub.
Həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.
***
10.15
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti bu gün Ağdam və Tərtər rayonlarında olacaq.
APA-nın məlumatına görə, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdam və Tərtərdə ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.
Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa şəhərində olub.
Həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.