"Qarabağda işsizliyə baxmayaraq bura iranlı fəhlələr daşınır"- Erməni mətbuatı

"Qarabağda işsizliyə baxmayaraq bura iranlı fəhlələr daşınır"-  Erməni mətbuatı backend

Ermənistan mətbuatı sülhməramlıların nəzarətində olan bəzi ərazilərə iranlı fəhlələrin daşınması haqqında məlumat yayıb.     "Hraparak" nəşri Qarabağ erməniləri arasında işsizliyin tüğyan etdiyi bir vaxtda belə bir addımın atılmasını qınayıb:   “Son günlər Qarabağda, Əsgəranın "Astxaşen"(Daşbulaq kəndi-red.) ərazisində aparılan tikinti işlərinə İran pasportu olan insanlar cəlb edilir. Hazırda belə işçilərin sayı azdı. Təxminən iyirmiyə yaxın əcnəbi var. Lakin yerli sakinlər onların burada peyda olmasından narahatdır. Onlar müharibədən sonra Qarabağda məşğulluq probleminin kəskin şəkildə artdığı bir vaxtda xariciləri niyə işə götürdüklərini anlamırlar.

Daşbulağın "icma başçısı" Artur Qriqoryan əcnəbilərin sözügedən ərazidə mənzil tikintisi işlərinə cəlb edilmələrini təsdiqləyib:

"Onlar fars olduqlarını söyləyirlər. İşçilərin İran pasportu ilə Qarabağa gətirilən azərbaycanlılar olmasına dair yayılan xəbərlərə gəldikdə isə bu barədə heç nə bilmirəm. İnşaat şirkətindən, rəhbər şəxslərdən soruşun. Qoy onlar bütün bu suallara cavab versinlər. Mənim belə bir səlahiyyətim yoxdur”. (azvision.az)

Diaspora