44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 659-a çatıb.