Britaniya Qarabağa böyük miqdarda maliyyə ayırdı – RƏSMİ

Britaniya Qarabağa böyük miqdarda maliyyə ayırdı – RƏSMİ backend

Birləşmiş Krallıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq maliyyə ayırdığını elan edib.

Qazilər.az bildirir ki, bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton məsələ ilə bağlı qeyd edib:

“Bu ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgədən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.

Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verir. Maliyyə Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan kollektiv səyləri dəstəkləməyə çağırırıq”.

Diaspora