Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib - AÇIQLAMA

Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib -  AÇIQLAMA backend

“Birinci Qarabağ müharibəsində digər diqqətçəkən faktlardan biri də ermənilərin yeniyetmə və gəncləri ailələrindən ayıraraq naməlum yerə aparmasıdır”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, girov götürüldükdən sonra əvvəlcə Xankəndi şəhərinə, daha sonra naməlum istiqamətə aparılan 9 nəfərin taleyi məlum deyil: “29 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir. Sağlam yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib. Sonradan onların 17-si saxlandığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə çərçivə sazişi üzərində iş davam edir. Sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək”.

Diaspora