“Mən 5 il Azərbaycanda böyükelçi oldum, hələ də özümü bir millətin səfiri sayıram”.
Bunu İqdırda keçirilən Beynəlxalq Qarabağ qurulatında iştirak edən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalı Hulusi Kılıç ali mərasimdəki çıxışı zamanı söylədi. Diplmat belə gözəl, yüksək səviyyəli tədbir üçün təşkilatçılara – QAT sədri Akif Nağıya və Qarabağ Forumunun Türkiyə təmsilçisi Ziya Zakir Acara təşəkkür etdi. Həmçinin İqdır valisinə verdikləri dəstəkdən dolayı təşəkkürlərini çatdırdı.
Çıxışı zamanı H.Kılıç Azərbaycan və Türkyənin son yüz ildəki birgəliyindən bəhs etdi, Çanaqqalada Azərbaycan oğullarının göstərdiyi qətliamlardan, Nuru Paşanın ordusunun qardaş ölkə uğrunda savaşıb şəhidlər verməsindən qürurula danışdı.
“1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhdlərini qapatdı. Dünyada bunun ikinci nümunəsi yoxxdur, bir ölkə digər ölkəyə görə sərhədini qapatmaz!” Diplomat Xocalı soyqırımından, Qarabağın işğalından danışarkən BMT qətnamələrinin illər uzunu icra olunmadığını xatırlatdı. “Erməmni lobisinin ən güclü olduğu ölkələr həmsədr oldu. Bunlar 28 il gəlib-getdilər, yeyib-içdilər, bir qarış torpağı qaytarmadılar bizə. İkili standartlar olduğu üçün dünya Xocalı soyqırımını tanımadı”, - Hulusi bəy əlavə etdi.
Diplomat dedi ki, keçən ilin 27 sentyabrdan başlayan savaşın ilk günündən bəri Türkiyə prezidenti “Azərbaycan nə istəyrsə, onu verməyə hazırıq” dedi və Türkiyə Azəbaycanın yanında durmağa dava etdi:
“Həmçinin 44 günlük savaş Azərbaycanın modern ordusunun gücünü göstərdi. İllər boyunca işğal edilənərazlər 44 günə azad edildi”. H.Kılıç savaş günlərində Qarabağla bağlı yazdığı yazılarının, müsahibələrin toplanaraq kitab halında nəşr etdirdiyini söylədi. Bildirdi ki, kitabın satışından toplanan vəsait Yaşat Fonduna köçürüldü, “bizim də bir az qatqımız olsun, dedik”.
H.Kılıç ermənilərə də səsləndi:
“Kasıb bir evin vətəndaşı olmaqdansa, zəngin bir Azərbacanın vətəndaşı olun. Onsuz da gec-tez bu, olacaq! Cumhurbaşqanlarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistana əl uzatdı, artıq bu məsələlər bitsin, deyə, əlimizi uzatdıq. Deyirik, bu əli sıx, hətta öp! Çünki bu əlin içində çörək var, erməni, bunun qiymətini bil! Bu gün Ermənistan keçmişi, Azərbaycan gələsəyi yaşayır”.
Diplomat bəyan etdi ki, Şuşa Bəyannaməsi indiyədək imzalanan bəyannamələrin ana yasası kimidir, orda hər şey var:
“Biz kimsəyə qarşı deyilik, Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Türkiyəyə qarşı ermənilərin iddiaları da tam saxtadır. Dünyaya da demək lazımdır, Xocalı soyqırmını törədənlər 1-ci dünya müharibəsində nə “soyqırm” arayır?”
H.Kılıç dedi ki, Türkiyə və Azərbaycan arasında qardaşlığın növbəti örnəyini Türkiyədəki meşə yanğınlarında gördük:
“Bu gün artq hər bir Azərbaycan vətəndsaşı başı uca yeriyir, bundan sonra daha gözəl olacaq. Zəngəzur dəhlizinin açılması da bölgədə böyük inkişafa aparacaq".
Valinin ev sahibliyi ilə yüksək səviyyədə keçirilən qurultayda iştirakdan məmunluğunu ifadə edən təşəkkürlərini çatdırdı. Qarabağ türk torpağdır, bu, daim belə olacaq! Ermənilər və havadarları Bakıdakı Hərbi Qənimətlər Parkını unutmasınlar!” Diplomat çıxışını “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir!”, sözləri ilə yekunlaşdırdı.
musavat.com