Ziya Zakir Acar: “Bu zəfərlə təkcə Qarabağ azad olunmadı, həm də Naxçıvan üzərindən Zəngəzur dəhlizinin açılması istiqamətindən mühüm adddım atılmış oldu”
Türkiyənin İğdır şəhərində Beynəlxalq Qarabağ qurultayı keçirildi. Musavat.com-un əməkdaşı xəbər verir ki, Türkiyə, Azərbaycan və Rusiyadan olan nümayəndə heyətlərinin, o cümlədən İqdır vilayətinin rəhbərliyinin iştirakı ilə baş tutan qurultayda çox möhtəşəm anlar yaşandı, mühüm mesajlar səsləndi, vacib qərarlar qəbul olundu.
Azərbaycan və Türkiyə sevdalısı olan ziyalı xanım Naciyə Parların aparıcılığı ilə keçən qurultayda əvvəlcə Mustafa Kamal Atatürk başda olmaqla Qarabağ və ümumilikdə Türk şəhidləri sayğı duruşu ilə anıldı. Daha sonra Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Şəhidlərin ruhuna “Qurani-Kərim” oxuyan axund “bu duanı Qarabağ şəhidlərinə hədiyyə edirəm” dedi.
Beynəlxalq Qarabağ qurultayının əsas təşkilatçılarından biri, Azərbaycan həqiqətlərinin yayılmasında on illərdir yorulmadan çalışan böyük Türk ziyalısı, İqdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma Dərnəyi sədri və Beynəlxalq Qarabağ Forumunun Türkiyə təmsilçisi Ziya Zakir Acar açılış nitqi söylədi. Türkün tarix boyu qazandığı zəfərlərdən bəhs edən Ziya Zakir 44 günlük savaşın sonucunda qazanılan Qarabağ qələbəsini xüsusilə qeyd etdi. “Qarabağ Qurultayının Türk dünyasına açılan İqdırda keçirilməsinin xoşbəxtliyini yaşayırıq”, deyən natiq 30 il Ermənistanın işğalında qalmış Azərbaycan torpaqlarının Türkiyənin qardaş ölkəyə yaxından dəstəyi ilə düşmən işğalından azad olunduğunu böyük sevinc və qürurla söylədi. Bildirdi ki, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan açıq və qəti mövqe sərgiləyərək savaşın nəticəsinə özünün mühüm töhfəsini verdi.
“Buradan Cümhurbaşqanımıza təşəkkürlərimizi bildiririk. Bu zəfərlə təkcə Qarabağ azad olunmadı, həm də Naxçıvan üzərindən Zəngəzur dəhlizinin açılması istiqamətindən mühüm addım atılmış oldu”.
Ziya Zakir bəy Zəngəzur dəhlizinin önəmindən xüsusi bəhs etdi:
“Türkiyə və Azərbaycan tək quru yolla deyil, bu dəhliz vasitəsilə dəmir yolu ilə bağlanacaq, birbaşa əlaqələr qurulacaq. Bu dəhlizn açılması ilə İqdırdan, Dilucu gömrüyündən birbaşa Azərbaycanla ticarət əlaqəsi qurulacaq, İqdır qat-qat artıq inkişaf edəcək. O zaman Azərbaycana təkcə uçaqla deyil, quru yolla da gedib-gəlmək imkanı yaranacaq ki, bu da bölgəmiz üçün çox faydalı olacaq. “Zəngəzur 1920-ci ildə Azərbaycandan qoparıldı və imperialist güclər Azərbacanı, Türk dünyasını Anadloludan ayırdılar. Zəngəzur dəhlizi bərpa olunandan sonra Naxçıvan uzun həsrətdən sonra 42 km-lik dəhliz yolla Azəbaycana bağlanacaq”.
Ardınca Ziya Zakir Acar Ağrıdağ və Araz arasında qərar tumuş gözəl İqdırdan bəhs edən kadrların müşayiətilə bu qutsal məkan haqda geniş məlumatlarını qurultay iştirakçılarının nəzərinə çatdırdı. İqdırın 144 km Ermənistanla, 15 km - Azərbaycanla Türkiyə bu məkandan Türkiyədə “Həsrət körpüsü”, Azərbaycanda “Ümid körpüsü” deyilən, 28 may 1992-ci ildə istifadəyə verilən körpü ilə birləşir - 65 km İranla sərhəddinin olduğunu bildirən natiq daha sonra ermənilərin bu bölgədə vaxtilə törətdiyi dəhşətli qətliamlardan bəhs etdi. Bildirdi ki, qətlə yetirilənlərin toplu məzarlıqları İqdırda bir çox yerlərdə aşkarlanıb. Bu məqsədlə 1999-cu ildə şəhərdə şəhidlərə abidə qoyulub. Vurğuladı ki, Anadoluda qurulan ilk cümhuriyyət - 1918-ci ildə Araz Türk Cümhuryyəti qurulub və mərkəzi də İqdır olub.
Qurultayın digər əsas təşkilatçısı, QAT sədri Akif Nağı çıxışı zamanı ali tədbirdə iştirak edən İqdır valisini və digər bütün iştirakçıları səmimi salamladı, təşəkkürlərini çatdırdı, Ziya bəyə İqdır təqdimatına görə təşəkkür etdi. Həmçinin Qarabağ Qurultayının keçirilməsinə dəstək verdikləri üçün İqdır valisinə, Ziya Zakir bəyə minnətdarlığını çatdırdı. Beynəlxalq Qarabağ Forumunun 2015-ci ildə təsis olunduqdan sonra bir sıra ölkələrdə toplantılar keçirdiklərini, daha sonra pandemiya səbəbindən zoom proqramı ilə forumların davam etdiyini deyən A.Nağı Qurultayın tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Qurultayda Türkiyə, Azərbaycan və Rusiya nümayəndələri əyani şəkildə iştirak edir, amma digər ölkələrdən təmsilçilər ali tədbirə internet üzərindən qatılacaqlar.
Ermənilərin Qarabağa və Türkiyəyə qarşı iddialarından bəhs edən A.Nağı bildirdi ki, bu iddialar tam saxta və əsassızdır:
“Hətta ermənilərin iddia etdiyi “Ərsaq” sözünün də ermənilərə aidiyyatı yoxdur, bu adın belə, türklərə məxsusdur. Biz çalışmalıyıq ki, Ərsaq və Qarabağ adlarını bir-birinə bağlayan ifadələr olduğunu dünyanın nəzərinə çatdıraq. Bölgədə ermənilərə aid heç nə olmayıb. 3 min il ərazində bu regionda yalnız türk nəsilləri olub. Azərbaycan prezidenti bəyan edib, heç bir status olmaycaq, Dağılıq Qarabağ adlı bölgə yoxdur! Bu qəti mövqe ondan xəbər verir ki, ermənilər Azərbayacbnın qanınlarına tabe olacaqlarsa, orda yaşayacaqlar, olmayacaqlasa, çıxıb gedəcəklər! Xocalı, Xankəndidə, rusların nəzarəti altında yaşayan digər ərazilər də Azərbaycan qayıdacaq!”
QAT sədri dedi ki, Qarabağ zəfəri Türkiyə və Azərbaycanın birgəliyinin növbəti təsdiqinə çevrildi:
“Həmçinin Türkiyədəki yanğınlara qarşı mübarizə bir daha Türkiyə-Azərbaycan qardaşlığını ortaya qoydu. Yanğın fəlakətindən sonra bərpa işlərində də biz əlimizdən gələni etməyə, Türkiyənin yanında olmağa hazırıq”, A.Nağı bəyan etdi. QAT rəhbəri bildirdi ki, həm Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, həm də sözdə “erməni soyqrımı” iddialarını alt-üst edən bir şəbəkə yaratmaq istiqamətində fəaliyyətimizi gücləndirməliyik: “Beynəlxalq Qarabağ Forumunun əsas məqsdədi həqiqətlərimizin dünyaya çatdrılmasıdır, bu qurultay da həmin məqsədə xidmət edir. Bizim qurultayda yüzlərlə insan iştirak edə bilərdi, ancaq pandemiya məhdudiyyərləri səbəbindən daha kiçik formatda toplanmışıq. Əsas odur ki, təmsilçilər var, İqdır rəsmiləri, QHT-lər burada iştirak edirlər”.
QAT sədri dedi ki, Qarabağ savaşından sonra yeni situasiya yaranıb:
“Arxayınlaşmaq olmaz, ilanın başı tam şəkildə əzilməyib, düşmən tam təslim olmayıb. Ona görə də biz dövlət və cəmiyyət olaraq arxayınlaşmamalıyıq. Rusiyanın da müəyyən maraqlarını ortaya qoyma prosesi gedir, bu, təhlükəli prosesidr. Arxayınlaşsaq, bu, çox böyük faciələrə gətirib çıxara bilər. Minsk Qrupu meyiti yenidən dirçəltmək istəyir. Türkiyə amili bu gün regionda güclü bir amildir, çoxlarını çəkindirən faktordur. Bu amil ortada olduğuna görə, kimlərinsə hansısa planları həyata keçirmək cəhdi olmayacaq. Günün birində Rusiya da ordan çıxacaq. Erməni işğalı və terrorçudur, biz onlara nifrət edirik. Biz Rusiya ilə də dostluq etmək istəyirik, amma Rusiya öz niyyətlərində təkid etməsə, normal münasibətlər olacaq. Xankəndi, Xocalı, Xocavənddə Azəbaycan bayrağı dalğalanmalıdır, başqa bir variant yoxdur, bütün dünya, o cümlədən Rusiya bunu qəbul etməlidir!”
QAT sədri dedi ki, Azərbaycan və Türkiyənin, xalqlarımızın iradəsi ilə Qarabğ azad edildi, Şuşa mədəniyyət paytaxtı oldu:
“Bu gün də Qarabağlı, Zəngəzurlu, Qalib Azərbaycan” ideyası ətrafında hamını birləşməyə çağırırıq! Biz erməniyə qalib gəldik, amma hələ də erməni yalanlarına qalib gələ bilməmişik. Erməni 100 ildir Türkyədən əl çəkmir, saxta soyqırıma görə, daha 100 il sonra da bizdən əl çəkməyəcək. Ona görə bu gün bütün dünyadakı Azərbaycan, Türkyə diaspor təşkilatları erməni yalanlarını beşikdə boğmaq istitiqamətində var gücü ilə çalışmalıdır. Bu işə dəstək verən rəsmilərə, təmənnasız xidmət göstrən insanlra təşəşkkür edirəm. Bizim bugünki qurultay çox böyük prosesin yeni mərhələsi olacaq!” Pakistan da qardaş dövlət olaraq yanımızdadır. Regionda yeni bir güc mərkəzi formalaşıb”. A.Nağı çıxışını “Yaşasın Azərbaycan və Türkiyə! Yaşaşın bizim qardaşlığımız, gücümüz!”, - sözləri ilə yekunlaşdırdı.
Musavat.com