Bu gün Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 6 hərbçisinin qalıqları tapılıb.
Bu barədə “Report” “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, daha 3 hərbçinin qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib. Beləliklə, bu gün Azərbaycan ərazisində ümumilikdə 6 erməni hərbçinin qalıqları tapılıb.
Qeyd edilir ki, erməni hərbçilərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da 2020-ci ilin 13 noyabrından Azərbaycan ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 629 nəfərə çatıb.