Rusiyalı jurnalistin Qarabağda müharibədən sonrakı vəziyyətlə bağlı reportajı – VİDEO

Rusiyalı jurnalistin Qarabağda müharibədən sonrakı vəziyyətlə bağlı reportajı –  VİDEO backend

Tanınmış jurnalist Qiya Saralidze “Qarabağ – müharibədən sonrakı həyat” adlı reportaj hazırlayıb.

“Vestnik Kavkaza” resursunun “YouTube” səhifəsində təqdim olunan videomaterialda bildirilir ki, Qarabağ son 30 ilə yaxın müddətdə erməni qüvvələrinin nəzarətində olmuş və yalnız 44 günlük müharibə ilə azad edilmiş Azərbaycan ərazisidir.

“İlk dəfə 2021-cil ilin başlanğıcında Ağdam, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarına səfər etdik. Gördüyümüz dağıntıların miqyası bizi xeyli kədərləndirdi. 30 ilə yaxındır erməni qüvvələrinin işğalı altında olan Azərbaycan əraziləri bu illər ərzində, demək olar ki, boş qalmışdı.

Yurdlarından qovulan azərbaycanlıların yerinə heç kim gəlməmişdi. Burada həyat izləri yox idi. Aylar sonra yenidən Qarabağa səfər etdik və gördüklərimiz bizi yaxşı mənada təəəccübləndirdi. Artıq bölgədə ciddi dəyişikliklər adi gözlə müşahidə olunur. Yol və energetika infrastrukturu inşa edilir”, - deyə reportajda bildirilir.

Videomaterialda, həmçinin Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən də bəhs olunur. 

Diaspora