Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib

Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib backend

Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.

Allah rəhmət eləsin!

Diaspora