Azərbaycanın Qarabağ iqtisadi rayonunun döyüş gedən ərazilərində aparılan axtarışlar nəticəsində daha 2 erməni əsgərin meyitinin qalıqları aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, meyitlərin qalıqları Füzuli rayonu ərazisində tapılıb.
Bununla da 14 noyabr 2020-ci ildən bu vaxta qədər aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1618-ə çatıb.
Axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.