Ermənilərin Laçın və Xocavənddə atışma şayiələri - məqsədləri nə?

Ermənilərin Laçın və Xocavənddə atışma şayiələri -  məqsədləri nə? backend

Ermənilər guya Qarabağda atışmalar olduğu haqda xəbərlər yayır, Müdafiə Nazirliyi isə təkzib edir - politoloqlar məkrli planları açdı

Sərhəddə erməni təxribatlarından sonra Laçın və Xocavənd istiqamətlərində də atışmaların getdiyi haqda şayiələr yayılmağa başlayıb. “Yeni Müsavat” xəbər verir ki, ermənilər sosial şəbəkələrdə belə məlumatlar tirajlayırlar. Azərbaycan Müdafiə Nazirliyi isə Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində atəş səslərinin eşidilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatları təkzib edib. Bu xəbərlərin fonunda Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Arşak Karapetyanla telefonda danışıb, tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Aydındır ki, Rusiya başsız qalan Ermənistan Müdafiə Nazirliyindən son günlər sərhəddə baş verənlərlə bağlı müfəssəl məlumat almaq istəyir. Bəs döyüşlərin Qarabağın içərilərinə keçməsi haqda şayiələr nəyə xidmət edir? Azərbaycan Prezidenti statusla bağlı bir daha qətiyyətli mövqeyini ortaya qoyduqdan sonra Ermənistan gərginliyin sərhəddən Qarabağın içərlərinə doğru keçməsi barədə yalan rəy yaratmaqla nəyə nail olmaq istəyir? Ermənistan mətbuatı onu da yazır ki, dekabrda Paşinyanın razılığı ilə Zəngəzur dəhlizi açılacaq. Madam ki, belədir, o halda sərhəddə atışmalar, Qarabağda müharibə şayiələri kimlərin maraqlarına xidmət edir?

 

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, erməni tərəfi mümkün qədər çalışır ki, Azərbaycanın atəşkəsi bütün istiqamətlərdə guya pozduğu təəssüratı yaratsın. Onun fikrincə, bütün bunlar Azərbaycanın işğaldan azad etdiyi ərazilərə nəzarət edə bilmədiyi haqda fikr formalaşdırmağa hesablanıb: “Təbii ki, çox yanlış və kökündən əsassız iddialardır. Erməni silahlı qüvvələri sərhədlərdə atəşkəsi pozur və 10 noyabr sənədinin bütün müddəalarına zidd addımlar atır. Azərbaycan atəşkəsin pozulmasında qətiyyən maraqlı deyil və regionda sülhün bərqərar olması üçün xoş təşəbbüslərlə çıxış etməkdədir”.

Politoloq deyir ki, erməni tərəfi 10 noyabr bəyanatının bəndlərini yerinə yetirmir: “İstər Qazağın işğalda qalan 7 kəndinin hələ də boşaldılmaması olsun, istər Naxçıvanın Kərki kəndi, istərsə sərhədlərin dəqiqləşdirilməsi işləri, istərsə də Qarabağın dağlıq ərazilərində terrorçu silahlı birləşmələrin bölgələrimizdən evakuasiya edilməməsi olsun. Halbuki 10 noyabr sənədində sülhməramlıların yerləşdiyi ərazilərdən paralel şəkildə erməni silahl tör-töküntüləri çıxmalıydılar. İndi də atəşkəsi pozurlar və heç bir müddəalara əməl etmirlər”.

X.Bəşirovun sözlərinə görə, regionda yeni şərtlər formalaşıb: “Ermənistan isə Azərbaycanın xoş təşəbbüslərinə zidd addımlar atır və guya bizim regionda sülhü təmin edəcək dövlət olmadığımızı dünyaya çatdırmağa çalışır. Biz deyirik münaqişə bitib, onlarsa sərhədlərdə atəş açırlar. Ermənistan heç bir əsas gətirmədən bizim təkliflərimizə qarşı çıxır. Hərçənd ki, atəşkəsin pozulmasında biz maraqlı deyilik, eləcə də Rusiyanın da maraqlarına ziddir. Sadəcə, ermənilər dünyanın, öz havadarlarının diqqətini regiona yönəltmək istəyirlər, məsələni beynəlmiləlləşdirməyə çalışırlar. Erməni cəmiyyəti özü belə bu şayiələrə inanmır ki, Laçın və Xocavənddə atəş açılıb”.

Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə  bilər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr Qarabağda gərginlik olduğu təsəvvürü yaratmağa çalışırlar. Onun sözlərinə görə, bu yolla kommunikasiyaların açılmasını yubatmaq məqsədi güdülür. Siyasi şərhçi hesab edir ki, erməni tərəfinin şayiələri informasiya müharibəsində bizim daha da fəal işləməyimizi diktə edir: “Düşmən, xüsusən sarsıdıcı məğlubiyyət almış düşmən heç zaman sakit durmur. Onlar indi hansısa şəkildə sərhədlərin delimitasiyasına əngəl olmaq istəyirlər. Ona görə rəy yaratmağa çalışırlar ki, Qarabağda gərginlik varsa, necə dəhlizi aça bilərik?! Onları tətikləyən indi Qərbdəki dəstəkçiləridir. Qarşıda Makronun səfəri var və erməniləri arxayın edirlər ki, atəş açın, gərginlik olsun, Zəngəzur dəhlizini açmayın, biz sizə kömək edirik. Xüsusən Avropa İttifaqının nəzərdə tutulan maliyyə yardımı Ermənistanı həvəsləndirib. O baxımdan Rusiyadan daha çox Qərbdə olan dairələr atəşkəsin pozulmasında maraqlıdırlar. Rusiyanın indilik istəyi Türkiyə ilə birgə regionda stabilliyi saxlamaqdır, yalnız sülhməramlıların müqavilə müddətinin başa çatmasına aylar qalmış Moskva bölgədə gərginliyin süni şəkildə artmasında maraqlı ola bilər ki, qoşunlarının çıxmamasına bəhanə tapsın, daha 5 il sülhməramlılar qalsınlar. Yəni hazırda Moskva bu gərginliyin yaranmasında istəkli görünmür”.

R.Məmmədova Makronun regiona səfəri ərəfəsində bu söz-söhbətlərin artmasını İrəvanın Qərbin maraqlarına xidməti ilə əlaqələndirir: “Ermənistan Avropadan tam dəstək almağa, Minsk Qrupunu qaytarmağa həvəslidir. Çünki Paşinyan Rusiya ilə hesablaşsa da, Qərbdən özünə havadar axtarır”.

Yeni Müsavat

Diaspora