Şuşa xarici jurnalistləri heyran qoydu - VİDEO

Şuşa xarici jurnalistləri heyran qoydu -  VİDEO backend

Qarabağda səfərdə olan xarici jurnalistlər işğaldan azad edilən Şuşa şəhərini ziyarət ediblər.

Şəhərin tarixi abidələrini gəzən jurnalistlər Şuşaya heyran qaldıqlarını vurğulayıblar.

Şuşanın təbiətini çox bəyəndiyini bildirən meksikalı jurnalist Federiko Lamont “Yenidən buralara gəlmək şansım olsa, bir an belə fikirləşməyəcəyəm”, - deyə qeyd edib.

Kolumbiyalı jurnalist Roberto Trobaxo isə Şuşada və digər işğal altında qalan torpaqlardakı məscidlərin erməni vandalizminə məruz qalmasına münasibət bildirərək qeyd edib ki, müharibədə düşmən ola bilərsən, amma dini etiqada, insan hüquqlarına hörmət göstərmək lazımdır.

Diaspora