Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o, ölüb.
19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.
09:50
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.