Zod qızıl yatağının Ermənistanın nəzarəti altında olan hissəsindən işçilər çıxarılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsas hissəsi Azərbaycanın Kəlbəcər rayonu ərazisinə yerləşən qızıl yatağının cüzi bir hissəsi Ermənistanın Basarkeçər rayonuna düşür.
Gecə radələrində erməni tərəfinin atəşkəsi pozmasına Azərbaycan Ordusu adekvat cavab verdikdən sonra qızıl yatağında aparılan mədən işləri dayandırıb və erməni işçilər təcili ərazidən çıxarılıb.