Döyüş yoldaşlarını ölümdən xilas edən, doğulacaq övladını görə bilməyən ŞƏHİD

Döyüş yoldaşlarını ölümdən xilas edən, doğulacaq övladını görə bilməyən  ŞƏHİD backend

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Bununla yanaşı, həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənlər var idi.

Doğulacaq sonbeşiyini görmədən bu dünyadan köçən qəhrəmanlarımızdan biri də Eldar Abdullayevdir.

Arayış: Eldar Abdullayev 1982- ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Hərbi Tibb Universitetində təhsil alıb. Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçilərə döyüş meydanında tibbi yardım edib. Oktyabrın 18- də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin  Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin həyat yoldaşı Fəhimə Abdullayeva qəhrəmanımız haqqında Modern.az- a danışıb:

"Həyat yoldaşım 22 il hərbi həkim kimi çalışıb. Peşəsinin 15 ilini cəhbədə keçirib. Vətən müharibəsi zamanı xeyli sayda qazini döyüş meydanında çıxarıb. O vəfat etdikdən sonra  həmin qazilər bizi ziyarətə gəlmişdilər. Müharibə başlayan zaman yanında - cəbhə bölgəsində idik. Ancaq müharibənin şiddətləndiyini görüb bizi şəhərə yolladı. Zəngilan döyüşləri zamanı oktyabrın 18- də şəhid oldu. Ölümündən sonra prezidentin sərəncəmları əsasında  " Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub".

Fəhimə xanım yoldaşının mükəmməliyini sözlə ifadə edə bilmədiyin əlavə edib.

"Eltimlə mən rəfiqə olmuşuq. Tez-tez onlara gedib gəlirdim yoldaşımda məni orda görüb bəyənmişdi. Eldarla çox fərqli xasiyyətlərimiz var idi. Mən inadçı, o isə səbirli bir idi. Eldardan nə qədər danışsam da onun kimi mükəmməl insanı ifadə edə bilmərəm. Anasız böyümüşdüm amma Eldar mənə ana, ata, qardaş oldu. Evliliyimiz boyu qarşısına nə vaxt çay qoysam anama rəhmət oxuyardı. Qız övladı çox sevərdi Allahda 3 qız övladı nəsib etdi. Qız övladı olacağını bilirdi. Mən müəyyən səbəblərdən bəlkə olmasın dedim amma Eldar buna icazə vermədi - dedi ki, "o uşağın həyatı mənim həyatımla bağlıdır". Qızlarının adını özü qoyub böyük qızım Asya, ortancıl Aysu, sonuncu isə Ahu. Həmişə deyərdi ki," Asya qızım sakit və incədir müəllimə olsun, Aysu isə dəli-doludur oda həkim olar". Mən onun istəklərini gerçək edəcəm, qızlarını necə görmək istəyirdisə elə böyüdəcəm".

Diaspora