Qarabağda Rusiya sülhməramlı qüvvələr ermənilərə taxıl biçinində kömək edirlər.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyinin mətbuat xidməti məhsul yığımında yerli əhaliyə kömək etməklə yanaşı, onların təhlükəsizliyini də təmin etdiyi barədə məlumat yayıb. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nümayəndəsi Aleksey Kolesnikov bildirib ki, Keçmiş Ağdərə rayonunun “Sırxavənd kəndində yerli əhalinin kənd təsərrüfatı işlərini görmək üçün təhlükəsizliyi də təmin olunur”.
Sabah kombayn arxasında Rusiya əsgərinin oturduğunu görsəniz təəccüblənməyin.
P.S. Rusiya hərbiçiləri ilə yerli erməni əhalinin “qucaqlaşması” Birinci Qarabağ müharibəsində torpaqların işğalı ilə nəticələnmişdi, indi isə atəşkəsin erməni silahlıları tərəfindən pozulması ilə müşayiət olunur.