Ukrayna telekanlının əməkdaşı Marina Asmolova Qarabağa ezamiyyətindən sonra “Evə qayıdış” adlı reportaj hazırlayıb.
“Ötən il Azərbaycan ordusu Qarabağı azad etdi. Müharibə 44 gün çəkdi”, - deyə videomaterialda bildirilir.
Jurnalist reportajda hazırda bölgədə aparılan quruculuq işlərinə geniş yer verib. Ukraynalı müxbir Şuşadakı çörək sexinə də baş çəkib və müəssisədə yaradılan şəraitlə tanış olub.
Daha ətraflı Baku TV-nin reportajında: