Bu gün Vətən müharibəsində şəhid olan Elşən Əhmədlinin doğum günüdür.
Qaziler.az bildirir ki, Şəhid Elşən Elbrus oğlu Əhmədli 11 iyul 1997-ci ildə Oğuz şəhərində anadan olub. 2003-cü ildə şəhid E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2008-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014 cu ildə oranı bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhsili alıb.
2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılan Elşən Əhmədli Xüsusi Təyinatli Qüvvələrin tərkibində hərbi xidmətini keçib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşüb. Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Şuşa uğrunda olub. Noyabrın 8-də baş tutan döyüşdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 17-də Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 15, 18 və 29 dekabr 2020-ci il tarixli Sərəncamları ilə şəhid Elşən Əhmədli "Vətən ugrunda", "Cəsur döyüşçü və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.





