İtkin düşən daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, itkin düşmüş hərbi qulluqçu - kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.