Qarabağda axtarışlar nəticəsində daha 3 erməni əsgərin meyiti tapılıb.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bununla da Qarabağda 14 noyabr 2020-ci ildən bəri aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1601-ə çatıb.
Meyit qalıqları Xocavənd rayonunda (Hadrut ətrafında) aşkarlanıb.
Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.