Türkiyə və Azərbaycan azad edilən ərazilərin ortofoto xəritələrini hazırlayacaq

Türkiyə və Azərbaycan azad edilən ərazilərin ortofoto xəritələrini hazırlayacaq backend

Azərbaycanın işğaldan azad edilən əraziləri üçün ortofoto xəritələri mövzusunda texniki dəstəyin təmin olunması işləri görülür.

“Report”un xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərin ortofoto xəritələrinin hazırlanması məqsədilə texniki-iqtisadi əsaslandırma işləri həyata keçiriləcək.

Bundan əlavə, ortofoto xəritələrin istehsal metodu müəyyən ediləcək və bu çərçivədə uçuşların uyğun bir müddətdə həyata keçirilməsi məsələləri qarşılıqlı olaraq müəyyənləşdiriləcək.

Ortofoto xəritə istehsalı üçün lazımı maliyyə araşdırmaları və digər texniki görüşlər təşkil ediləcək.

Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Əmlak Məsələləri Dövlət Xidmətinə Türkiyə tərəfdən isə Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğuna (TKGM) tapşırılıb.

Diaspora