“Yaxında tərk edəcəyimiz evləri indidən sata bilmək uduşdur” - Ermənilər Xankəndidən çıxır...

“Yaxında tərk edəcəyimiz evləri indidən sata bilmək uduşdur” -  Ermənilər Xankəndidən çıxır... backend

Qondarma rejimin "təhlükəsizlik xidməti" Qarabağda yaşayan ermənilərə səslənib.

Qazilər.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, "Artsax rəsmi"lərinin çağırışında ermənilərə tövsiyə olunur ki, şübhəli zənglər geniş müzakirə mövzusuna çevrilməsin. 

Araikin yan-yörəsi camaata bu tip zəngləri panika və qorxu yaratmaq cəhdləri kimi izah ediblər.

Amma ötən həftə Xankəndidən azərbaycanlıların ev almaq üçün etdiyi zənglər və bu dəfə də türklərin eyni məqsədlə erməniləri yığması reallıqdır. Yəni, məqsəd kimisə qorxutmaq yox, başlarını itirmiş ermənilərə münasib çıxış yolu göstərməkdir. Ermənilərin öz təbirincə desək, "onsuz da yaxında tərk edəcəyimiz evləri indidən sata bilmək uduşdur".

Sonuncu əldə etdiyimiz məlumata görə, Xankəndidə yaşayan ermənilər Rusiya və Gürcüstandakı qohumlarının əli ilə özləri də evlərini satıb getmək üçün əlaqələr axtarırlar.

Gec-tez Qarabağı tərk edəcəklərinə əmindirlər. Onları buna eyni zamanda ağır sosial vəziyyət də məcbur edir. Hazırda Qarabağda məskunlaşan 30-35 min erməni ancaq xaricdən göndərilən yardımlar hesabına yaşayır.

Bizim.Media

Diaspora