Bu gün Füzuli rayonunda İkinci Qarabağ Müharibəsi zamanı öldürülmüş erməni hərbçilərin cəsədlərinin axtarışları davam etdirilib.
Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. qeyd edilir ki, gün ərzində hərbi əməliyyatlar zamanı ölmüş hərbçilərin cəsədlərinin qalıqlarının tapılması istiqamətində bir sıra tədbirlər görülüb. Axtarışlara hərbçilərlə yanaşı xilasetmə dəstələri də cəlb edilib.
Qeyd edək ki, rəsmilər ötən ilin noyabrın 13-dən iyunun 24-dək Azərbaycanın işğaldan azad etdiyi torpaqlardan 1585 cəsəd və ya cəsəd qalıqlarının tapıldığını deyirlər.