Azərbaycanlıların Xankəndidəki ermənilərə zəng etməsi…

Azərbaycanlıların Xankəndidəki ermənilərə zəng etməsi… backend

Xankəndidə ermənilər arasında təşviş yaranıb. Məlumatlara görə, azərbaycanlılar ermənilərə zəng edərək, evlərini almaq istədiklərini bildirirlər. Erməni ekspert Tiqran Abrahamyan zənglərin kütləvi olduğunu deyir.

Paşinyan hakimiyyəti və Araik Arutyunyana qarşı olan bu iddialar ermənilərin daxili siyasi mübarizəsindən qaynaqlanır. Lakin belə şayiələrin yayılması Qarabağdakı ermənilərə psixoloji təzyiq baxımından effektlidir.

Birincisi, ermənilərdə azərbaycanlıların sülhməramlıların nəzarət etdiyi ərazilərə qayıtmağı planlaşdırdığı rəyi formalaşır;

İkincisi, edəcəkləri seçimi sürətləndirir: ya Azərbaycan vətəndaşı kimi yaşamaq, ya da bölgəni tərk etmək.

Bölgəni tərk edəcəkləri qarşıdakı dövrdə daha real görünür.

Axar.az

Diaspora