“Türkiyə-Azərbaycan tandemi Qarabağda separtizmin davam etməsinə imkan verməyəcək”

“Türkiyə-Azərbaycan tandemi Qarabağda separtizmin davam etməsinə imkan verməyəcək” backend

"Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında ermənilərin separtizm fəaliyyətini davam etdirməsi, qondarma XİN rəhbəri separtçı David Babayanın Azərbaycan əleyhinə bəyanatlar verməsi, prosesləri körükləyir. Xankəndidə separatçılar qaldıqca, həmçinin silahlı erməni birləşmələri mövcud olduqca, təhlükəsilzik kövrək olaraq qalacaq".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun xatırladıb ki, Ermənistan tərəfi rəsmən qeyd edir ki, onun silahlı qüvvələri Qarabağda yoxdur:

"Onda Qarabağda qalan qanunsuz və Azərbaycanın ərazi bütövlüyünə təhdid olan faktiki terrorçu birləşmələrin ləğvi reallaşmalıdır. Ermənistan deyirsə,oradakı silahlı birləşmələr mənə aid deyil. Sual olunur, Qarabağda müəyyən bir ərazidə silahlıların lojistikasını, silah və sursatalarını kim təmin edir?! Əgər, Ermənistan tərəfi bunu edirsə, Azərbaycan "Laçın dəhlizi"ni bağalamalıdır. Çünki, Ermənistan Azərbaycan ərazisində faktiki terror birləşmələrini müdafiə edir. Yox, Ermənistan bunu qəbul etmirsə, Azərbaycan tərəfi Rusiyadan izahat tələb etməli və onların ləğvini tələb etmək hüququna malikdir. Çünki, 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bəyanatda həmçinin "tərəflər durduqları yerdə dayanmalıdır" bəndi isə, bu, ermənilərin qaldıqları əraziyə şamil edilir, xüsusilə mülki insanlara. Ona görə də Qarabağdakı silahlı erməni birləşmələrinin ləğvi labüddür".

"Qeyd edim ki, "Şuşa" Bəyannaməsindən sonra erməni separtçıları və onların silahlı terrorçu birləşmələrinin sonu yaxınlaşır. Türkiyə-Azərbaycan tandemi Qarabağda separtizmin davam etməsinə imkan verməyəcək. Növbəti ildən Azərbaycanın əsas işi Qarabağda erməni törtöküntülərinin silahlı birləşmələrinin və separatçılığın qarşısının alınması olacaq. Artıq Türkiyə prezidenti R. T. Ərdoğan Rusiya dövlət başçısı V. Putinlə bu məsələni müzakirə edəcək. Həmçinin prezident İlham Əliyev də V. Putinlə ermənilərin bu fəaliyyətinə son verilməsini müzakirə edəcək", - deyə M.Əsədullazadə fikirini tamamlayıb.

Diaspora