Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi

Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi backend

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 5 milli qəhrəmanı üçün hazırlanan məzar daşları yerində bərpa edilib. 

Oxu.Az-ın məlumatına görə, proseslər yaradılan Qubadlı Rayon İcra Hakimiyyətində yaradılan yeni Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Əliyevin nəzarəti altında həyata keçirilib. 

Qubadlıdan olan beş Milli qəhrəman - Əliyev Əliyar Yusif oğlunun qəbirüstü abidəsi Qəzyan kəndində, Əliyev Vasiliy Əhməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Məmmədov Aqil Səməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Ağayev Bəylər Tapdıq oğlunun qəbirüstü abidəsi Qarağac kəndində, Mirzəyev Kərəm Ərşad oğlunun qəbirüstü abidəsi isə Xanlıq kəndində dəfn olunduğu yerdə məzarının üzərinə qoyulub.

Diaspora