Müharibədə itkin düşmüş erməni hərbçiləri ilə bağlı son rəqəm açıqlanıb

Müharibədə itkin düşmüş erməni hərbçiləri ilə bağlı son rəqəm açıqlanıb backend

Ötən il Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçiləri ilə bağlı son rəqəm açıqlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyan bildirib.

Onun sözlərinə görə, Qarabağda döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin sayı 275-dir.

N. Sarkisyan deyib ki, 2020-ci ilin noyabr ayında mindən çox hərbçi itkin düşmüş hesab olunub, lakin son aylarda DNK analizi ilə bir çoxunun meyiti və qalıqları müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl sabiq prezident Serj Sarkisyan Kotayk bölgəsində seçicilərlə görüşündə ölkə səlahiyyətlilərinin ölənlərin sayını gizlətdiyini və 1064 nəfərin itkin düşdüyünü bildirib.

Diaspora