Füzuli aeoroportunda ilk sınaq uçuşunun vaxtı açıqlandı

Füzuli aeoroportunda ilk sınaq uçuşunun vaxtı açıqlandı backend

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun vaxtı açıqlanıb.

Qazilər.az xəbər verir ki, bu barədə “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyevə aeroportda görülən işlərlə bağlı məlumat verərkən bildirib.

"Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək", - deyə K.Əliyev vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Diaspora